Şelburn”un futbolçusu: “Qarabağ”a qalib gələcəyimizə inanırıq

“Şelburn” komandası “sabahkı matçda Qarabağ”a qalib gəlmək istəyir.

“Report” xəbər verir ki, bunu “Şelburn”un (İrlandiya) futbolçusu Conatan Lunney UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

O, Bakıdakı qarşılaşmaya ciddi hazırlaşdığını söyləyib:

“Qarabağ”ın gücünü bilirdik. Onlara qarşı qarşılaşmanın çətin keçəcəyini bilirdik. Futbolda hər şey ola bilər. Sabahkı qarşılaşmada qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ” – “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More