Tailand Kamboca ilə münaqişədən dəyən zərəri 300 milyon dollardan çox qiymətləndirib

Tailand hökuməti Kamboca ilə sərhəddə 5 gün davam edən silahlı münaqişədən dəyən zərəri ilkin olaraq 10 milyard bat (308 milyon dollar) həcmində qiymətləndirir.

“Report”un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tailandın Baş nazirinin müavini, maliyyə naziri Piçay Çunhavaçira bildirib.

Onun sözlərinə görə, hökumət Tailand-Kamboca sərhədindəki münaqişənin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 25 milyard bat (770 milyon dollar) ayırmağı planlaşdırır.

Son məlumatlara görə, Kambocanın zərbələri nəticəsində Tailandın sərhəd əyalətlərində azı 28 nəfər həlak olub, 140 nəfər xəsarət alıb və təhlükəli zonalardan təxminən 140 min nəfər təxliyə edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More