“Turan Tovuz” Türkiyədə ikinci yoxlama oyununa çıxacaq

“Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxacaq.

“Report” xəbər verir ki, Tovuz təmsilçisi Türkiyənin I Liqa təmsilçisi “Keçiörengücü” ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqası təmsilçisi Türkiyədəki ilk sınaq matçında yerli “Çorum” klubu ilə heç-heçə (1:1) oynamışdı.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More