“Türk Hava Yolları” Hələbə uçuşları bərpa edəcək

Türkiyənin “Türk Hava Yolları” (THY) aviasiya şirkəti Suriyanın Hələb şəhərinə uçuşları bərpa edəcək.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Qeyd olunub ki, uçuşlar avqustun 1-dən bərpa olunacaq.

Reyslər hər gün, qarşılıqlı olaraq baş tutacaq.

Məlumata görə, ikitərəfli biletin qiyməti 299 dollardan başlayacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More