Türkiyə və Rusiya XİN başçılarının müavinləri Yaxın Şərqdəki durumu müzakirə ediblər

Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz ABŞ-nin Nyu- York şəhərində rusiyalı həmkarı Sergey Verşinin ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Fələstin probleminin sülh yolu ilə nizamlanması və iki dövlətli həllin həyata keçirilməsi üzrə BMT-nin Yüksək Səviyyəli Beynəlxalq Konfransı çərçivəsində bir araya gəliblər.

Görüş zamanı ikitərəfli münasibətlər, başda Fələstin olmaqla regional və beynəlxalq məsələlər müzakirə edilib. Bu kontekstdə Yaxın Şərqdə sülhün təmin olunması üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More