Xalq artisti Arif Babayevin səhhəti ilə bağlı son durum açıqlanıb

Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır və müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Bu barədə “Report”a Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran Musayev bildirib.

Onun sözlərinə görə, xəstənin öz tənəffüsü mövcüd olsa da, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika qeyd olunmur:

“Eyni zamanda böyrək funksiyaları başda olmaqla digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyət ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzarə alınaraq xəstənin hərtərəfli kompleks müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir”.

Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More