Zelenski və Frederiksen Ukraynanın Avropaya inteqrasiyasını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkanın Baş naziri Mette Frederiksen ilə telefon danışığı keçirib və onunla Avropaya inteqrasiyanı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında yazıb.

“Əlbəttə, biz Ukraynanın Avropaya inteqrasiyası, ilk danışıqlar klasterinin açılması haqqında danışdıq. Hazırda Danimarka Aİ Şurasına sədrlik edir. Bütün lazımi qərarların həyata keçirilməsi üçün bu vaxtdan maksimum istifadə etməliyik”, – Zelenski bildirib.

O, əmin edib ki, Ukrayna da öz növbəsində Aİ qarşısında öhdəliklərini yerinə yetirmək üçün hər şeyi edir.

“Korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyinə təminat verən prezident qanun layihəsi artıq Ali Radada qeydə alınıb. Danimarkaya verdiyi dəstəyə görə minnətdaram. Razılaşdıq ki, parlament bu qanun layihəsini dərhal, bu həftə səsə qoysun”, – Ukrayna prezidenti vurğulayıb.

Tərəflər həmçinin ikitərəfli təmaslar və daha geniş beynəlxalq formatlar çərçivəsində də bir-birini dəstəkləmək barədə razılığa gəliblər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More