3-cü Şuşa Qlobal Media Forumunda iştirak edən “MEDİA Könüllü”lərinə təşəkkürnamələr verilib

Xankəndidə 19-21 iyul tarixlərində keçirilən 3-cü Şuşa Qlobal Media Forumunun təşkilində iştirak edən bir qrup “MEDİA Könüllü”sü təşəkkürnaməyə layiq görülüb.

“Report” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, təşəkkürnamələri MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov təqdim edib, könüllülərin Forumun uğurla keçirilməsində göstərdikləri əzmkarlıq, peşəkarlıq və məsuliyyətli yanaşmanı yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak etdiyi 3-cü Şuşa Qlobal Media Forumunda iştirakçılar üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbirlər baş tutub, çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More