ABŞ “Sentinel” qitələrarası ballistik raketinin mühərrikini sınaqdan keçirib

Amerikanın Northrop Grumman müdafiə korporasiyası və ABŞ Hərbi Hava Qüvvələri qabaqcıl qitələrarası ballistik raketin (ICBM) “Sentinel”ın ikinci pilləli mühərriklərini uğurla sınaqdan keçirib.

“Report”un xəbərinə görə, bu barədə konsernin açıqlamasında bildirilir.

İlk kvalifikasiya sınaqları vakuum kamerasında aparılıb.

Onların məqsədi itələmə vektoruna nəzarət sisteminin işləməsi haqqında praktiki məlumatlar əldə etmək olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More