İspaniyanın “Atletiko” klubu yarımmüdafiəçisi Samuel Linonu Braziliya təmsilçisi “Flamenqo”ya satıb.
“Report” xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı braziliyalı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, S.Lino 2024/2025 mövsümündə meydana çıxdığı 47 matçda 4 qola, 8 məhsuldar ötürməyə imza atıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi. “Transfermarkt” portalı oyunçunun dəyərini 22 milyon avro qiymətləndirir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.