Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 %-i öz ixtisası üzrə işə başlayıb

Azərbaycanda kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə insan kapitalı formalaşdırılır.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.

“2023-cü ildə İsrailin Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaradılıb. Bu gün biz həmin mərkəzin 5-ci təlim dalğasının məzun günündə iştirak edirik. Daha 100 nəfər mütəxəssis kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində əmək bazarına daxil olur. İndiyə qədər mərkəzdən ümumilikdə 380 peşəkar mütəxəssis məzun olub və onların 74 %-i artıq ixtisası üzrə əmək fəaliyyətinə başlayıb”, – deyə o qeyd edib.

F. Osmanov onu da əlavə edib ki, dövlət qurumları strateji sənədlər çərçivəsində yalnız insan resurslarının hazırlanması ilə kifayətlənmir, həm də insidentlərin idarə olunma mexanizmlərinin formalaşdırılması, bu sahədə qanunvericilik bazasının gücləndirilməsi, fərdi məlumatların mühafizəsinə dair hüquqi çərçivənin yenilənməsi və informasiya təhlükəsizliyi üzrə müasir texnoloji alətlərin tətbiqi istiqamətində fəal iş aparır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More