Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

“Report” AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Superkubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.

Oyunu portuqaliyalı Joao Pedro Silva Pineyro idarə edəcək.

Qeyd edək ki, görüş avqustun 13-də İtaliyanın Udine şəhərindəki “Fruili” stadionunda keçiriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More