Cəbrayıl sakini: Doğma yurda qovuşacağım günü səbirsizliklə gözləyirdim

“Doğma yurda qovuşacağım günü səbirsizliklə gözləyirdim”.

Bu sözləri “Report”a açıqlamasında bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Xəqani Ağayev deyib.

Xəqani Ağayev bütün bu xoş hadisələrə görə əməyi olan hər kəsə minnətdarlığını ifadə edib: “Bizə bu sevinci yaşadan Prezidentimizə, Ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi və bütün əsgərlərimizi qorusun. Məhz onların fədakarlığı sayəsində bu torpaqlara qayıda bilirik”, – deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 44 ailə (166 nəfər) öz doğma yurduna köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More