“Fənərbağça” Nelson Semedonu transfer edib

“Vulverhempton” klubunun və Portuqaliya millisinin sağ cinah müdafiəçisi Nelson Semedo Türkiyənin “Fənərbağça” klubuna keçib.

“Report” xəbər verir ki, bu barədə insayder Fabrisio Romano yazır.

Romano bildirib ki, portuqaliyalı oyunçunun olduğu təyyarə artıq İstanbula üz tutub.

İnsayder əlavə edib ki, PSJ-yə məxsus Milan Şkriniarın transferində olduğu kimi, bu transferdə də “Fənərbağça”nın idman direktoru Devin Özekin payı böyükdür.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More