Kibertəhlükəsizlik Mərkəzinin məqsədi təkcə bu günün deyil, gələcəyin mütəxəssislərini yetişdirməkdir.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov İsrailin “Technion” Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində yaradılmış Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sayca beşinci “Məzun Günü”ndə bildirib.
O, dünyada sürətlə baş verən rəqəmsallaşma prosesləri fonunda kibertəhlükəsizliyin əhəmiyyətinin artdığını bildirib.
“Mobil telefonlardan tutmuş ödəniş sistemlərinə qədər bütün həyatımız rəqəmsal texnologiyalarla əhatə olunub. Lakin bu inkişafla paralel olaraq müəyyən risk və təhlükələr də meydana çıxır. Ona görə də dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin kibertəhlükəsizlik məsələlərinə ciddi önəm verməsi vacibdir”, – F. Osmanov qeyd edib.
Mənbə: Report.Az
Comments are closed.