İngiltərənin “Sanderlend” klubu isveçrəli yarımmüdafiəçi Qranit Cakanın transferini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya təmsilçisi “Bayer 04″dən transfer olunan İsveçrə yığmasının 32 yaşlı yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Q.Caka 2023-cü ildən Bundesliqa klubunun formasını geyinirdi.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.