İspaniya millisinin sabiq futbolçusu Daniel Quisa 7-ci divizion klubu “Rayo Sanlukenyo” ilə müqavilə imzalayıb.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı ispaniyalı futbolçu ilə anlaş.manın müddəti bir illik nəzərdə tutulub.
Qeyd edək ki, karyerası ərzində “Fənərbağça” (Türkiyə), “Barselona”, “Kadis”, “Mayorka” və “Xetafe” (hamısı İspaniya) kimi klubların formasını geyinmiş D.Quisanın son iş yeri İspaniyanın 5-ci divizionunda çıxış edən “Rotena” komandası olub. O, Həmçinin İspaniya millisində meydana çıxdığı 21 oyunda 6 qolla yadda qalıb.
Mənbə: Report.Az
Comments are closed.