İsrailin Azərbaycandakı yeni səfiri Bakıya gəlib

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Bakıya gəlib.

Bu barədə “Report” İsrailin Bakıdakı səfirliyinin paylaşımına istinadən xəbər verir.

Paylaşımda İsrail diplomatının Azərbaycana gəlişinin videogörüntüləri yer alıb. Videoda səfir hamını Azərbaycan dilində salamlayır.

Xatırladaq ki, 2025-ci il yanvarın 12-də İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktoru Ronen Kraus Azərbaycana yeni səfir təyin edilib. R.Kraus Azərbaycandakı səfir vəzifəsində Corc Diki əvəz edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More