Kamçatkada 50-dən çox afterşok qeydə alınıb

Kamçatkada 8,7 bal gücündə zəlzələdən sonra əksəriyyəti hiss olunmayan 50-dən çox afterşok qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.

“Saat 11:24-də (Bakı vaxtı ilə 03:24) zəlzələ nəticəsində 50-dən çox yeraltı təkan qeydə alınıb, onların bəziləri hiss olunub”, – qurumdan bildirilib.

Eyni zamanda zəlzələdən sonra 2,7 min insan Kuril adalarındakı təhlükəsiz bölgələrə təxliyə edilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More