Kuril adaları yaxınlığında daha iki zəlzələ qeydə alınıb

Seysmoloqlar çərşənbə günü yerli vaxtla axşam saatlarında Kuril adaları yaxınlığında iki zəlzələni qeydə alıblar.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildirilib.

“5,1 maqnitudalı birinci zəlzələ 30 iyul tarixində yerli vaxtla saat 18:23-də (Moskva vaxtı ilə 10:23) Sakit okeanda baş verib, episentri İturup adasından 131 km cənub-şərqdə, ocağı 61 km dərinlikdə yerləşib. Təxminən 3 bal gücündə zəlzələ Şikotan adasındakı Malokurilskoye kəndində hiss edilib”, – mənbə bildirib.

20 dəqiqə sonra seysmoloqlar 5 maqnitudalı ikinci zəlzələni qeydə alıblar, onun episentri Severo-Kurilsk şəhərindən (Paramuşir adası) 79 km cənub-şərqdə 47 km dərinlikdə yerləşib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More