Manuel Noyer yenidən Almaniya millisinə qayıda bilər

Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer yenidən milliyə qayıda bilər.

“Report” “Bild”ə istinadən xəbər verir ki, buna komandanın hazırkı qapıçısı Mark-Andre ter Ştegenin sıradan çıxması səbəb olub.

İspaniyanın “Barselona” klubunda forma geyinən almaniyalı qolkiperin belindən keçirdiyi əməliyyat səbəbindən bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Belə də 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak üçün daha təcrübəli olan 39 yaşlı Noyer yenidən milliyə dəvət ala bilər. “Əlcək sahibi”nin buna hazır olduğu bildirilib.

Qeyd edək ki, M.Noyer 2024-cü ilin avqustunda yığma karyerasını bitirdiyini elan edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More