Mingəçevirdə Kür çayına yıxılan şəxs xəstəxanada dünyasını dəyişib

Mingəçevirdə Kür çayına yıxılan şəxs xəstəxanada dünyasını dəyişib.

“Report”un Qərb bürosunun məlumatına görə, 1969-cu il təvəllüdlü F. Yusifov Mingəçevir şəhər ərazisində Kür çayına yıxılıb.

O, sudan çıxarılaraq ağır halda xəstəxanaya çatdırılıb.

Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More