Pakistanın şimalındakı dağlarda daş uçqunu altında qalan biatlon üzrə olimpiya çempionu Laura Dalmayerin axtarışlarına başlanıb.
“Report” xəbər verir ki, dörd alpinistdən ibarət iki komanda əlverişsiz hava şəraiti səbəbindən təxirə salınan xilasetmə missiyasına yenidən start verib.
Dalmayer və digər alpinist Pakistan dağlarına dırmaşarkən qaya uçqunu baş verib. Hadisə iki gün əvvəl, təxminən 5 700 metr yüksəklikdə olub.
Qeyd edək ki, idmançı karyerasını 2019-cu ildə başa vuran Dalmayer uzun müddət alpinizm həvəskarı olub və hətta dağlarda xilasetmə xidmətində çalışıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.