Çili hökuməti Kamçatkada baş verən zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar Pasxa adası sakinlərinin təhlükəsiz zonalara təxliyəsinə çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çilinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Xidməti məlumat yayıb.
“Rusiyada 8,8 maqnitudalı zəlzələ ilə əlaqədar Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya və Okeanoqrafiya Xidməti Pasxa adası üçün sunami təhlükəsi elan edib. Sakinlərdən təhlükəsiz zonaya getmələrini xahiş edirik”, – qurumun “X”dəki səhifəsində deyilir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.