Qazaxıstanda atışma olub, dörd nəfər yaralanıb

Qazaxıstanın Jambıl vilayətində atışma baş verib, dörd nəfər xəsarət alıb.

Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralılardan ikisinin vəziyyəti ağırdır, digər iki nəfər isə cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More