“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şelburn”la matçda buraxılan səhvlərə görə futbolçulara irad bildirməyəcək.
“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:
“Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Onlara səhvlərinə görə irad bildirə bilmərəm. Çünki bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı sevmir. Qələbəyə görə şadıq. Heyətə yeni cəlb olunan futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Şelburn” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.