Qvatemalada 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 11,5 min nəfər əhalisi olan Atezkatempa şəhərindən 10 km cənub-qərbdə və təxminən 176 min nəfərin yaşadığı Salvadorun Santa Ana şəhərindən 27 km şimal-qərbdə, ocağı isə 8 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.