Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin Çerniqovdakı təlim mərkəzi düşərgəsinə “İskəndər”lə zərbə endirilib

Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Çerniqov vilayətindəki quru qoşunların təlim mərkəzi düşərgəsinə “İskəndər” ballistik raketi ilə zərbə endirib.

“Report” Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Nazirliyin iddiasına görə, endirilən zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələri yaralılar da daxil olmaqla 200 nəfərə yaxın itki verib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More