Səfir: Qəzza konfransı nəticə vermədi

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilmiş Yaxın Şərq sülh konfransı Qəzza zolağında döyüşlərə son qoymaqla bağlı heç bir praktiki nəticə vermədi.

“Report” xəbər verir ki, bunu Fələstinin Avstriyadakı səfiri və Vyanda BMT-nin daimi müşahidəçisi olan Salah Abdel Şafi “RİA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, forumun siyasi əhəmiyyətinə baxmayaraq, əsas məsələlərdə real irəliləyiş əldə olunmayıb.

Şafi həmçinin ABŞ-nin Yaxın Şərq sülh prosesi ilə bağlı mövqeyini kəskin tənqid edərək, bunu son dərəcə qəbuledilməz və beynəlxalq hüquqa zidd adlandırıb.

“ABŞ İsrailə qeyd-şərtsiz dəstək verməkdə davam edir – istər silah tədarükü, istər maliyyə, istər diplomatik, istərsə də siyasi yardım məsələlərində. Belə mövqe çox məyusedicidir”, – o deyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More