Sunami Kaliforniya ştatının sahillərinə çatıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Meteoroloji Xidməti məlumat yayıb.
Sakinlərə çimərliklərdən uzaq durmaq tövsiyə olunur.
Kresent-Siti şəhərində 30 sm-dən çox hündürlükdə dalğa qeydə alınıb. Yaxın vaxtlarda yeni dalğalar gözlənilir.
Xidmətin məlumatına görə, bu ərazidə sunami riski yüksəkdir.
ABŞ-nin qərb sahillərinin qalan hissəsində də sunami xəbərdarlığı elan edilib.
Mənbə: Report.Az
Comments are closed.