Yardımlının Keçələkəran kəndi ərazisində, Viləşçayın sağ sahilində kəndə yeni çəkilən yol tikintisi zamanı aşkarlanmış yaşayış yerində qədim dövrə aid əşyalar tapılıb.
Bu barədə “Report”a AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu məlumat verib.
Məlumata əsasən, yeni qazıntılar zamanı üzə çıxan çay daşından ev bünövrələri, müxtəlif formalı və ölçülü təsərrüfat küplərinə məxsus fraqmentlər, məişətdə istifadə edilən incə hazırlanmış kiçik ölçülü və ya miniatür qablara məxsus qırıqlar, toxuculuqda istifadə olunan sümükdən iy başlıqları (əyircək) və s. təyinatlı əşyalar istehsal təsərrüfatında dulusçuluğun, məişətdə isə toxuculuğun inkişafını, iri və xırdabuynuzlu mal-qaraya məxsus çoxsaylı osteoloji qalıqlar isə maldarlığın geniş yayıldığını və ev təsərrüfatında üstün mövqeyə malik olduğunu göstərir.
Xatırladaq ki, Yardımlı rayonunda Son Tunc-Erkən Dəmir dövünə aid yaşayış məskənində arxeoloji qazıntılar davam etdirilir.

Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.