Bu ilin yanvar-iyun aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % azdır.
6 ayda peyk telekommunikasiya xidmətlərini 41 ölkədən təxminən 100 şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 7 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (2,3 milyon ABŞ dolları), Lüksemburq (1,8 milyon ABŞ dolları), Nigeriya (436 min ABŞ dolları), Türkiyə (385,1 min ABŞ dolları) və Misir (357,9 min ABŞ dolları) olub.
Hesabat dövründə “Azərkosmos”un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 78 %-dən 65 %-ə düşüb.
Təkcə iyunda isə “Azərkosmos” 1,5 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 6,25 % azdır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.