İran XİN başçısı: Biz  hələ də uranı zənginləşdirmək imkanlarına malikik

İran hələ də uranı zənginləşdirmək imkanlarına malikdir.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Financial Times”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi İranın ali rəhbəri ayətullah seyid Əli Xaməneinin kütləvi qırğın silahlarının istənilən növünə sahib olmağı qadağan edən fətvasına riayət etməyə davam edir.

Nazir “danışıqlara gedən yol dardır” deyərək müharibədən sonra diplomatiyanın bərpası üçün şərtlərdən danışıb: “ABŞ danışıqların ortasında bizə hücum etməsinin səbəbinin izah etməli, bunun yenidən təkrarlanmayacağına zəmanət verməlidir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More