İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib

İsveç krallığın Minskdəki keçmiş səfiri Kristina Yohannessonu Moskvaya yeni səfir təyin edib.

“Report” xarici KİV-ə xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Hökumət Kristina Yohannessonu Moskvada səfir təyin edib. O, payızda işə başlayacaq”, – məlumatda qeyd olunub.

Daha əvvəl K.Yohannesson Sankt-Peterburqdakı baş konsulluqda, Moskvadakı səfirlikdə və Avropa İttifaqının Brüsseldəki nümayəndəliyində işləyib. Hazırda o, ölkənin Xarici İşlər Nazirliyində Şərq Tərəfdaşlığı ilə bağlı məsələlərlə məşğul olur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More