İxtisarlar NASA-nın proqramlarına mənfi təsir göstərəcək

ABŞ Milli Aeronavtika və Kosmik Fəza Tədqiqatları İdarəsinin (NASA) təcrübəli əməkdaşlarının işdən çıxarılması Beynəlxalq Kosmik Stansiyanın (BKS) proqramına mənfi təsir göstərəcək.

“Report”un məlumatına görə, bu barədə NASA-nın BKS proqramının rəhbəri Dana Vayqel Crew-11 ekipajı ilə Crew Dragon Endeavour gəmisinin buraxılışı ərəfəsində keçirilən mətbuat konfransında bildirib.

“Bizim çoxillik toplanmış təcrübəmiz var, lakin insanları itirdiyimiz zaman və ya insanlar özləri proqram başa çatmadan getməyi qərara aldıqda, bu təcrübənin bir hissəsini [sonradan] bərpa etmək çox çətindir”, – o bildirib.

Daha əvvəl ABŞ kosmik idarəsinin rəsmi nümayəndəsi Şeril Uorner bildirib ki, NASA rəhbərliyi əməkdaşlarının sayının 21%, yəni 14 min nəfərədək azalmasını gözləyir. Məlumatlara əsasən, idarənin 3 870 əməkdaşı iki ixtisar proqramında iştirak etməyə razılıq verib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More