Kamçatka və Saxalin sahilləri sunami dalğalarının zərbələrinə məruz qalıb

Sakit okean akvatoriyasında baş verən zəlzələdən sonra Saxalin və Kamçatka diyarının üç bələdiyyə qurumunun sahilləri sunami dalğalarının zərbələrinə məruz qalıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə xidmətlərin nümayəndəsi bildirib.

“Saxalin vilayətinin və Kamçatkanın üç bələdiyyə qurumunun sahil zonasında sunami dalğalarının keçməsi qeydə alınıb. Sahilə çırpılan dalğaların hündürlüyü beş metrə çatıb”, – o qeyd edib.

Xatırladaq ki, çərşənbə günü Kamçatkada 8,7 maqnitudalı zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələdir. 8 bala qədər yeraltı təkanlar şimali Kuril adalarında da hiss edilib. Kamçatkada və Şimali Kurildə sunami təhlükəsi elan edilib, eləcə də fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More