Kamçatkada bu mövsümdə turistlər arasında xüsusi populyarlıq qazanan 7 marşrut artan seysmik aktivlik səbəbindən bağlanıb.
“Report”un məlumatına görə, bu barədə TASS-a “Kamçatka Vulkanları” təbiət parkları şəbəkəsindən bildirilib.
“Seysmik aktivlik və daş uçqunu riskləri səbəbindən aşağıdakı marşrutların müvəqqəti bağlanması barədə qərar qəbul edilib: Qorelıy vulkanı, Opasnıy kanyonu, Mutnovskiy vulkanının ətəyi, Qorelıy vulkanının mağaraları, Avaçinskiy vulkanı, Kozelskiy vulkanı, Verblüd ekstruziyası”, – şəbəkədən bildirilib.
Hazırda Klyuçevskaya Sopka vulkanının püskürdüyü Klyuçevskoy parkı açıqdır, lakin vulkana yaxınlaşmaq qadağandır.
İyulun 30-da səhər Kamçatka sahillərində güclü zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələ olub. Məlumata görə, onun maqnitudası 8,8-ə çatıb.
Güclü zəlzələ həmçinin səhər Şimali Kurilskdə hiss edilib, bundan sonra sunami dalğaları gəlib. Zəlzələ həmçinin Sakit okeanda sunamiyə səbəb olub, bunun təhlükəsi barədə Yaponiya, ABŞ və Filippin hakimiyyəti xəbərdarlıq edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.