Kanada əyaləti “Starlink” ilə 100 milyon dollarlıq müqaviləni ləğv edib

Kanada əyaləti Ontario hökuməti əyalətin şimal bölgələrində peyk internetinə çıxışı təmin etmək üçün “Starlink” ilə bağlanmış 100 milyon dollarlıq müqaviləni ləğv edib.

“Report”un “Global News”a istinadən məlumatına görə, İlon Maska məxsus “SpaceX” şirkəti ilə müqavilənin ləğvi zamanı cərimə ödənişi nəzərdə tutulub, lakin məbləğ hələ açıqlanmayıb.

Müqavilə ötən ilin noyabrında imzalanıb və Ontarionun şimal hissəsində təxminən 15 000 ev təsərrüfatına peyk interneti təmin edilməsini nəzərdə tutub.

Hökumət nümayəndəsi nəşrə göndərdiyi məktubda müqavilənin artıq qüvvədə olmadığını təsdiqləyib: “Hökumətimiz “Starlink” ilə müqaviləni ləğv etdi. Biz əyalət boyunca sabit, uzunmüddətli yüksək sürətli internetə çıxışı təmin etmək işini davam etdirərək alternativ həll yolu axtarırıq”.

Hökumətdəki mənbələr bildiriblər ki, “SpaceX” ilə kompensasiya məbləği ilə bağlı danışıqlar konstruktiv keçib və məbləğ, sıfır olmasa da, müqavilənin tam dəyəri olan 100 milyon dollardan xeyli az olub. Hökumət hələ hansı şirkətlərin alternativ təchizatçı kimi nəzərdən keçirildiyini və yeni müqavilənin bağlanma müddətini açıqlamayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More