Keçmiş məcburi köçkün: Ağlayaraq çıxdığım Ağdama gülə-gülə qayıdıram

“32 il öncə Ağdamdan ağlayaraq çıxmışdım, indi isə Ağdama gülə-gülə qayıdıram”.

“Report” xəbər verir ki, bu sözləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə qayıdan keçmiş məcbur köçkün Bəyim Qarayeva deyib.

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin! Allah Ordumuzu qorusun! Müzəffər Ali baş komandanımız İlham Əliyevin sayəsində Ağdama qovuşduq. Ağdamla bağlı o qədər arzularım var ki… Ora qayıdandan sonra arzularımın reallaşdırılması ilə məşğul olacam”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə 58 ailə – 225 nəfər yola salınıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More