“Microsoft” korporasiyasının kapitallaşması ilk dəfə 4 trilyon ABŞ dollarını ötüb.
“Report” xəbər verir ki, bunu “Nasdaq” birjasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 17:23-ə olan məlumata görə, hərracda “Microsoft”un bir səhminin dəyəri 560,79 dolları ötüb, nəticədə kapitallaşma 4 trilyon dollar təşkil edib.
“Microsoft” dünyada bazar dəyəri bu həddə çatan ikinci şirkət oldu. Birinci yeri ABŞ-nin “Nvidia” şirkəti tutur.
Qeyd edək ki, “Microsoft” Amerikanın transmilli şirkətidir. Dünyanın ən böyük proqram istehsalçılarından biri olan korporasiya 1975-ci ildə Bill Geyts və Pol Allen tərəfindən yaradılıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.