Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb

Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

“Report”un yerli bürosu xəbər verir ki, avtoqəza Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Maple” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə Babək rayonunun Didivar kəndinin sakinləri – 1973-cü il təvəllüdlü Ziyafət Əsgər oğlu Məmmədov və onun oğlu, 1998-ci il təvəllüdlü Əsgər Ziyafət oğlu Məmmədov, eyni zamanda, Sara Səfərəli qızı Paşayeva və Faiq Qulam oğlu Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More