“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununun vaxtı müəyyənləşib.
“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda avqustun 1-də Kiprin AEL klubu ilə qarşılaşacaq.
Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, bundan əvvəl “Hapoel” (Təl-Əviv/İsrail, 1:1) və “Termalika” Polşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras” (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.