Pakistanın neft ehtiyatları ABŞ ilə birgə işlənəcək

Vaşinqton və İslamabad Pakistanın neft ehtiyatlarının birgə işlənməsi barədə razılığa gəliblər.

“Report”un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində bildirib.

“Kim bilir, bəlkə bir gün onlar Hindistana neft satacaqlar”, – o yazıb.

Daha əvvəl ABŞ prezidenti avqustun 1-dən Hindistana qarşı (o cümlədən Rusiya enerji daşıyıcılarının alınması səbəbindən – red.) 25% gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More