Qanunsuz kazino təşkil edən NBA ulduzu saxlanılıb

Milli Basketbol Assosiasiyasının (NBA) bir sıra klublarının keçmiş müdafiəçisi Gilbert Arinas qanunsuz qumar biznesinin təşkilində şübhəli bilinərək saxlanılıb.

“Report”un məlumatına görə, bu barədə Kaliforniya ştatının mərkəzi dairəsinin prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Arinas 2021-ci ilin sentyabrından 2022-ci ilin iyuluna qədər öz malikanəsini yüksək mərcli qanunsuz poker oyunlarının keçirilməsi üçün icarəyə verib. Basketbolçu ilə birlikdə bir neçə İsrail vətəndaşı da saxlanılıb.

Arinasın 43 yaşı var. NBA-da o, “Golden Steyt”, “Vaşinqton”, “Orlando”, “Memfis” komandalarında çıxış edib.

2005, 2006 və 2007-ci illərdə NBA All-Star oyunlarında iştirak edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More