Xızıda iki avtomobil toqquşub, ölən var

Xızıda iki avtomobil iştirakı ilə bağlı ölümlə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, Xızı-Giləzi avtomobil yolunun 27-ci km-də Bünyatov Rəfail Rza oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə Heydərov Cəbrayıl Alışan oğlunun idarə etdiyi “Changan Qiyuan Q05” markalı avtomobil toqquşub.

Nəticədə sonuncu avtomobildə olan sərnişin Əsədova Zərqələm Abas qızı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq ibtida istintaq aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More