Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb

Yekaterinburqun Lenin rayon məhkəməsi “Ura.ru” saytının redaktoru Denis Allayarovun həbs müddətini uzadıb.

“Report” xəbər verir ki, bu barədə “Ura.ru” portalı məlumat yayıb.

Polis işləyən əmisinə rüşvət vermə işi üzrə təqsirli bilinən redaktor oktyabrın 4-dək istintaq təcridxanasında saxlanılacaq.

Qeyd olunub ki, təxminən iki ay ərzində istintaq onun təqsirini təsdiqləyən heç bir epizod tapmayıb. Denisin müdafiəçiləri bildiriblər ki, vəkillər, agentliyin redaksiyası, parlament partiyalarının nümayəndələri və ombudsman Tatyana Moskalkova bu qətimkan tədbirini ədalətsiz və həddindən artıq sərt hesab ediblər. Məhkəmənin yeni qərarından da apellyasiya şikayəti veriləcək

“Məni yalnız təzyiq göstərmək üçün saxlayırlar, məndən azadlığım müqabilində qohumlarımı və mənə yaxın insanlara böhtan atmağı tələb edirlər. Mən bunu etməyəcəyəm”, – D.Allayarov məhkəmə qərarı elan edildikdən sonra bildirib.

O bu ilin iyun ayında saxlanılıb.

Qeyd edək ki, bu yaxınlarda “Ura.ru” nəşrinin regional redaktoru İqor Sergeyev də D.Allayarovun işi üzrə şahid qismində saxlanılıb. Daha sonra o, azadlığa buraxılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More