Bakıda moped avtomobilə çırpılıb, ölən var

Bakıda Zığ şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Bakı şəhər sakini – 2002-ci il təvəllüdlü Toğrul Firudin oğlu İbrahimlinin idarə etdiyi moped hava limanı istiqamətində hərəkətdə olarkən “FORD” markalı avtomobillə toqquşub.

Mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı polisi araşdırma aparır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More