BMT-nin Baş katibi Qazaxıstana səfər edəcək

BMT-nin Baş katibi Antonio Quterriş avqustun 3-də Qazaxıstana səfər edəcək.

Bu barədə “Report”un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir.

Qeyd olunur ki, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçiriləcək.

“Kasım-Jomart Tokayev və Antonio Quterriş Almatıda danışıqlar aparacaq, həmçinin BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzini ziyarət edəcəklər”, – məlumatda bildirilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More