Peşəkar Futbol Liqasının icraçı-direktoru UEFA tərəfindən təyinat alıb

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

“Report” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More