Peskov: Rusiya və Belarus prezidentləri bu gün qeyri-rəsmi görüş keçirəcəklər

Bu gün Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçiriləcək.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Görüş zamanı prezidentlər ikitərəfli münasibətlərin bütün spektrini – ticari-iqtisadi əlaqələri, birgə layihələrin həyata keçirilməsini müzakirə edəcək, eləcə də beynəlxalq problemlər barədə fikir mübadiləsi aparacaqlar.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More